Mollanın çox tənbəl, səliqəsiz bir arvadı var imiş. Ancaq qızı arvadın
lap tərsinə imiş: gözəl, səliqəli bir qız imiş. Odur ki, Mollanın
çayını-çörəyini həmişə o hazırlarmış.
Gün o gün olur ki, qonşu kəndlərin birindən Mollanın qızına elçi
gəlir. Danışırlar, razılaşırlar, Molla qızını ərə verir.
Qız gedən gündən Mollanın da qara günləri başlanır. Nə çay verən
olur, nə çörək hazırlayan olur, nə paltar yuyan tapılır. Molla bir ay dözür,
iki ay dözür, axırda bir gün arvada deyir:
– Arvad, lap o təzə paltarını gey, hazırlaş, gedirik.
Arvad geyinib-kecinib düşür Mollanın yanına.
Molla birbaş arvadı gətirir kürəkəninin yanına ki:
– Qardaş, başına dönüm, mən o qızsız dolana bilmirəm. Gəl, üstündə
də nə deyirsən verim, arvadlarımızı dəyişək.
Top