Molla bir gün arvaddan çörək istəyir. Arvad bir tikə yavan çörək
gətirib qoyur ərinin qabağına.
Molla deyir:
– Arvad, bir az pendir gətir! Pendir çox yaxşı şeydir. Yaman iştaha
gətirir. Özü də yaman qan artırandır. Gözə mənfəəti var.
Arvad deyir:
– Vallah, pendir qurtarıb, a kişi, heç bir tikə də yoxdur.
Molla deyir:
Elə yaxşıdı ki, qurtarıb. Adamın dişlərini çürüdür, qarnını sancıladır;
qulaqlarını ağırlaşdırır.
Arvad onun sözünü kəsir ki:
– A kişi, onu da sən deyirsən, bunu da. İndi mən bu sözlərin hansına
inanım?
Molla deyir:
– Olsaydı, əvvəlkinə, indi ki yoxdur, sonrakına.
Top