Deyilənlərə görə, Molla sir-sifətdən bir az kifir imiş. Bunu özü də
bilirmiş. Odur ki, güzgüyə baxmaqdan zəhləsi gedərmiş.
Bir gün hamilə arvadı Mollanın üz-gözünü bir diqqətlə nəzərdən
keçirib deyir:
– Bir tərəfdən sevinirəm ki, uşağımız olacaq, bir tərəfdən də deyirəm
vay mənim halıma, əgər uşaq sənə oxşaya...
Molla bir arvada baxıb deyir:
– Əgər uşaq mənə oxşasa dərd yarıdı... Çünki uzaq başı kifir olacaq.
Amma vay sənin halına onda ki, uşaq mənə oxşamaya.
Top