Molla bir gün evə ət alıb gətirir. Arvad soruşur:
– A kişi nə bişirim?
Molla deyir:
– Nə bilim? Bax gör, ətdən nə olar bişir də...
Arvad əti o yan bu-yana döndərib, ora-burasına baxıb deyir:
– Yaxşı ətdir. Hər nə desən olar.
Molla deyir:
– Onda elə hamısından bişir!
Top