Molla arvadı ilə bərabər dörd günlük yolda olan bir kəndə qonaq
gedir. Evdən elə təzəcə çıxdıqları vaxt Molla arvaddan soruşur:
– Arvad, hələ çox gedəcəyik?
Arvad baxır ki, Molla onu dolayıb, deyir:
– Yox, bir şey qalmayıb. Bu gün ilə sabahı da getsək, vur-tut
qalacaq ikicə günlük yolumuz.
Molla deyir:
– Tay denən yolu yarılamışıq da... Bir şey qalmayıb ki..
Top