Deyirlər bir müddət Mollanın iki arvadı olub. Özləri də yaman davakar
imişlər. Həmişə savaşarmışlar. O deyərmiş: "Molla məni çox istəyir",
bu deyərmiş: "Yox, məni çox istəyir". Axırda da həmişə gəlib
Molladan soruşarmışlar.
– Hansımızı çox istəyirsən?
Molla axırda təngə gəlir, gedib bazardan iki dənə göy muncuq alır.
Hərəsini gizlincə bir arvada verib deyir:
– O biri arvada göstərmə. Bu mənim sənə olan məhəbbətimin nişanəsidir.
Bundan sonra arvadlar gələndə ki, hansımızı çox istəyirsən, Molla
deyərmiş:
– Göy muncuq kimdədi, onu.
Top