Molla evlənib çəpgöz bir arvad alır. Elə evləndikləri günün sabahı
bir qab qaymaq alıb gətirir evə. Arvad Mollanın əlindəki qabı iki
görüb soruşur:
– Ay kişi, bəs niyə iki qab alıbsan? Biri bəs idi də...
Molla sevinib öz-özünə deyir:
– Aha... Sən öləsən, işim düzəlib. Arvad elə bu cür şeylərin birini
iki görsə yaxşıdı.
Bundan sonra Molla evə nə gətirirsə, arvad onu iki görür. Molla da
sevinir. Bir gün çörək yedikləri vaxt birdən arvad Mollaya baxır, tez
üzünü əlləri ilə örtüb deyir:
– Ay kişi, bu nədi? Yanındakı molla kimdi?
Molla deyir:
– Arvad, bu olmadı. Bu evdə hər nəyi iki görürsən gör, ancaq ərini
bir dənə gör! Yoxsa işlər şuluq olar.
Top