Molla gündə bir ciyər alıb göndərir evə ki, arvad bişirsin. Arvad da
hər gün qonşuları yığır başına, ciyəri bişirib yeyirlər. Mollaya pendirçörək
verir. Bir gün belə, iki gün belə, axırda Molla bir gün dilə gəlib
deyir:
– Arvad, belə şey olmaz axır... Mən dinib-danışmıram, səndə də
bir insaf olsun. Mən gündə ciyər alıb göndərirəm evə ki, bişirəsən, gəlib
görürəm pendir-çörəkdən başqa bir şey yoxdur. Bəs bu ciyərlər
necə olur?
Arvad deyir:
– Molla, vallah elə yuyanda pişik əlimdən qapıb qaçır.
Molla durub baltanı götürüb qoyur sandığa, ağzını da qıfıllayır.
Arvad soruşur:
– A kişi, baltanı niyə gizlədirsən?
Molla deyir:
– Neyləyim arvad, bir manatlıq ciyəri qapıb qaçan pişik beş manatlıq
baltanı göydə qapıb qaçar.
Top