Bir gün arvad uşağı verir Mollanın qucağına ki:
– A kişi, uşağı bir az oynat, işim var.
Molla başlayır uşağı oynatmağa. Uşaq qığıldanır, gülür, birdən dodaqlarını
büzüb tüpürür. Tüpürcək Mollanın üzünə dəycək hirslənib
uşağı arxası qatda uzadır yerə, bir lomba tüpürür üzünə. Arvad cumur
ki:
– A kişi, dəli deyilsən, uşağın üzünə niyə tüpürürsən?
Molla deyir:
– Sən elə mənim üstümə düş! Bəs o niyə tüpürür? Kişisən, ona da
bir söz de də!..
Top