Gecənin bir yarısı Molla tələsik arvadı yuxudan oyadır ki:
– Arvad, arvad, tez ol, eynəyimi mənə ver!..
Arvad soruşur:
– A kişi, gecə qaranlıqda, yorğan-döşəyin içində eynəyi neyləyirsən?
Molla deyir:
– Arvad, tez ol, bir yaxşı yuxu görürəm, ancaq bəzi yerləri qaranlıqdı
deyə, seçə bilmirəm. Eynəyi ver yaxşı-yaxşı baxım.
Top