İsti yay gecələrinin birində Molla arvadı ilə damda yatmış imiş.
Yorgan-döşəyin içində arvadla Mollanın sözü çəp gəlir. Molla deyir,
arvad deyir, axırda arvad Mollanı itələyir, Molla yumbalanıb damdan
yıxılır.
Sən demə, məhəllə uşaqları da gecə ay işığında Mollanın damının
dalına yığışıb nağıl danışırmışlar. Bir də baxırlar ki, Molla guppultu ilə
damdan yerə düşdü. Tez yüyürüb qaldırırlar, sudan-zaddan töküb onu
ayıldırlar. Soruşurlar ki:
– Molla əmi, danış görək, necə oldu ki, damdan yıxıldın?
Molla deyir:
– Bu sirdir, balalarım!
Deyirlər:
– Nə olar sirr olanda? De, biz də bilək.
Molla deyir:
– Deməyinə deyərəm, amma siz hələ bu sirri başa düşə bilməzsiniz.
Deyirlər:
– Sən danış, biz başa düşərik.
Molla deyir:
– Yox, başa düşməzsiniz... Çünki siz hələ cavansınız, evlənməmisiniz.
Gərək siz böyüyəsiniz, evlənəsiniz, sonra damda yorğandöşək
içində arvadla sözünüz çəp gələ, arvad itələyə, siz də yumbalanıb
damdan yıxılasınız. Ancaq onda bu sirri başa düşə bilərsiniz.
Top