Mollanın yaman dəymədüşər xasiyyəti var imiş. Çox tez-tez acıq
eləyib, küsüb evdən gedərmiş. Sonra arvadı, qızı, oğlu gedib yalvaryapış
gətirərmişlər. Günlərin birində yenə də arvad nə deyirsə, Molla
küsür, evdən çıxıb gedir, bağçanın bir tərəfində uzanıb yatır. Arvad da
uşaqlara deyir ki:
– Bu kişi qocaldıqca xarab olur. Lap küsəyən uşağa dönüb. Heç biriniz
dalınca getməyin!
Molla gözləyir, gözləyir, görür heç dalınca gələn olmadı. Axşam
düşür, özü də ac, qalır məəttəl ki, nə eləsin... Qayıtmağa da utanır.
Gün lap əyilir, şər qarışır. İnəklər naxırdan gəlir. Molla baxır ki, dalınca
gələn olmayacaq, yavaşca yapışır inəyin quyruğundan gəlir evə.
Arvad uşaqlara göz basıb deyir:
– Sən ki, küsmüşdün, niyə gəldin?
Molla deyir:
– Gəldinə bax ey!.. Ölsəydin də gəlməyəcəkdim. İnək tutdu əlimdən
zorla gətirdi, sözünü yerə sala bilmədim.
Top