İsti yay gecələrinin birində Molla arvadı ilə damda yatmış imiş.
Gecənin bir yarısı arvad Mollaya deyir:
– Ay kişi, sən allah bir az o yana çəkil, yaman istidi. Lap bişdim.
Molla bir söz deməyib çəkilir. Səhər Molla yox olur. Arvad bir gün
gözləyir, iki gün gözləyir, bir ay gözləyir, üç ay gözləyir, Molla gəlmir
ki, gəlmir. Üç-dörd aydan sonra uzaq kəndlərin birindən gələn bir nəfər
Molladan belə bir sifariş gətirir:
– Arvaddan soruş gör, hələ sərinləməyibsə, bir az da o yana
çəkilim...
Top