Mollaya bir kifir arvad alırlar. Molla bir başına vurur, bir dizinə.
Ancaq daha haray hara çatacaq?..
Səhər durub gedəndə arvad soruşur:
– A kişi, qohumlarından, qonşularından kimə görünüm, kimdən
qaçım?
Molla deyir:
– Arvad, başına dönüm, mənə görünmə, kimə istəyirsən, görün!