Mollanın bir oğlu olur. Qonşular yığılırlar ki:
– Molla, gəl, oğlana ad qoyaq.
Molla ağzını uşağın qulağına tutub deyir:
– Bala, sənin adını qoydum Molla Nəsrəddin oğlu Fatma.
Qonşulardan biri deyir:
– Ay Molla, uşaq oğlandır. Sən ona arvad adı niyə qoyursan?
Molla deyir:
– Bilirəm. Ancaq arvadımı çox istəyirəm, bəlkə sabah, birigün
yıxıldı öldü deyə, adını uşağa qoyuram ki, ondan yadigar qalsın.
Top