Molla bir gün söhbət əsnasında arvadına deyir:
– Arvad, bu dünyamız heç, amma o dünyada kef eləyəcəyik.
Arvad soruşur:
– Niyə?
Molla deyir:
– Çünki ikimiz də cənnətə gedəcəyik.
Arvad soruşur:
– Nədən bilirsən?
Molla deyir:
– Nədən biləcəyəm? Bu sir-sifət ki, səninlə məndə var, sən hər
gün mənə baxıb səbr eləyirsən, mən də hər gün sənə baxıb səbr eləyirəm.
Səbr eləyənin də ki, yeri cənnətdir.
Top