Molla arvadı ilə heç yola getmirdi. Arvadı çox acıdil, bədxasiyyət
idi. Hər gün evlərində olan deyişmələrdən təngə gəlib bir gün tanışlarının
birinin evinə qonaq gedir ki, bir-iki gün qalsın, bəlkə qulağı dincələ.
Dostu bunu yaxşı qəbul eləyir. Yeyib-içib yatırlar. Səhər Molla
oyanıb pəncərəni açır. Bir də baxır ki, dostu – ev sahibi həyətdə pəncərənin
qabağındakı əncir ağacını kəsir. Molla soruşur:
– Balam, o yaşıl ağacı niyə kəsirsən? Heyf deyilmi?
Dostu deyir:
– Molla, bu çox bədsuyum ağacdır. Mən hələ bu həyəti almamışdan
qabaq buranın sahibinin arvadı haman bu ağacdan özünü asıb öldürüb.
Bu gecə də bizim qonşunun arvadı yenə də haman bu ağacdan
özünü asıb. Odur ki, mən də kəsirəm.
Molla bunu eşitcək qışqırır:
– Aman günüdür, bircə günlüyə kəsmə! Mən də sabahdan öz
arvadımla köçüm buraya.
Top