Bir məclisdə bir nəfər haqqında söhbət düşür. Bu adam arvad sarıdan
çox talesiz imiş. Gənc olduğuna baxmayaraq, iki-üç ilin içərisində
beş-altı dəfə evlənmişdisə də, arvadlarının hamısı ölübmüş. Məclisdəkilər
onun halına yanırlar. Biri deyir:
– Yazıq çox bədbəxtdir. Birinci arvadı ikicə ay yaşadı. İkincisi heç
bir ay da çəkmədi. Üçüncüsü bir il idi ki, gəlmişdi, öldü. Dördüncüsü,
beşincisi, bu da altıncısıdır ki, bu gün ölüb.
Bir tərəfdə oturmuş Molla öz kifir, bədxasiyyət arvadını yadına
salıb deyir:
– Dünyada bircə nəfər xoşbəxt adam var ki, siz də onun adını qoyubsunuz
bədbəxt.
Top