Mollaya deyirlər:
– Molla, arvadın çox gəzir. Onun bir az ipini yığ.
Molla deyir:
– Düzdür, mənim arvadımda pis xasiyyət çoxdur. Hər nə desəniz
inanaram, amma gəzəyən olduğuna inanmıram. O, yalandır.
Soruşurlar:
– Nədən deyirsən yalandır?
Molla deyir:
– Ondan deyirəm ki, əyər gəzəyən olsa idi, ayda-ildə bir dəfə də
azıb öz evimizə gəlib çıxardı.
Top