Molla iki gündən bir arvadı ilə savaşırmış. Yenə də bir gün arvadı
ilə savaşıb evdən çıxır. Qızı ha gözləyir, görür yox, atası gəlmədi.
Başlayır axtarmağa. Hər yeri əldən-ayaqdan salır atası tapılmır ki, tapılmır.
Axırda əl üzüb evə dönür. Çörək gətirmək üçün mətbəxə girir,
baxır ki, atası girib oturub küncdəki küpün dalında. Qız sevincək soruşur:
– Səhərdən səni axtarmamış yer qoymamışam. Burada nə eləyirsən?
Molla deyir:
– Nə eləyəcəyəm, bala? Ananın əlindən bu qürbət ellərdə bir yolluq
ölüb qurtarmaq istəyirəm.
Top