Mollanın birinci arvadı öləndən sonra gedib bir dul arvad alır.
Əvvəl-əvvəl bir neçə vaxt yaxşı dolanırlar. Yavaş-yavaş Molla başlayır
ölmüş arvadını tərifləməyə. Mollanın bu hərəkəti arvada xoş gəlmir.
O da acıga düşüb başlayır öz keçmiş ərini tərifləməyə.
Bir gün yenə soyunub yerlərinə girəndən sonra Molla başlayır.
Molla başlayan kimi arvad da başlayır. O deyir, bu deyir... Axırda
Molla durub bir yorğana bürünüb qıraqda yatır.
Arvad soruşur:
– Molla nə oldu? Ora niyə getdin?
Molla deyir:
– İstidir, dörd adam bir yerdə çox darısqal olur.
Arvad soruşur:
– Molla dörd adam kimdir?
Molla, deyir:
– Sən, sənin keçmiş ərin, mən, mənim keçmiş arvadım. Yaxşısı
budur iki-iki yataq.
Top