Deyirlər ki, Mollanın arvadı öləndən sonra almış olduğu dul arvad
gündə öz keçmiş ərindən danışıb Mollanı lap təngə gətirir. Bir gün yenə
də arvad başlayır ərindən danışmağa ki:
– Çox yaxşı kişi idi, heyif, öldü.
Molla heç halını pozmadan deyir:
– Doğrudan da heyif ki, ölüb lap əlimizdən gedib. Onun ölməyi
mən yazığı lap bədbəxt eləyib!
Arvad deyir:
– Yaxşı, bəs səni niyə bədbəxt eləyib?
Molla deyir:
– Ona görə ki, o ölməsə idi, mən səni almazdım, sən də gündə bu
cəfəngiyatla mənim baş-beynimi aparmazdın.
Top