Mollanın çox tənbəl bir qızı var imiş. Əlini ağdan-qaraya vurmaz
imiş. Günün birində Molla arvadına deyir:
– Arvad, mən süpürgəni götürüb başlayacağam evi süpürməyə.
Sən gəl mənim əlimdən süpürgəni al ki, ayıb deyil, biz dura-dura sən
niyə ev süpürürsən? Mən də verməyəcəyəm ki, yox, sənin işin çoxdu,
yorulursan. Bəlkə bu yol ilə bu qızı utandıraq, heç olmazsa, evi-zadı
süpürsün.
Belə də eləyirlər. Arvad süpürgəni Mollanın əlindən almaq istəyir.
Molla vermir. O dartır o tərəfə, bu dartır bu tərəfə, axırda qız durub
onlara yaxınlaşır. Hirsli-hirsli deyir:
– Burada çətin bir şey yoxdu ki, belə hay-küy qaldırıbsınız. Qoyun
növbəyə! Bir gün sən süpür, bir gün də o.
Top