Molla qızını su gətirməyə göndərir. Dəstini əlinə verəndə qıza bir
şillə vurur ki:
– Gözlə, sındırma ha!..
Qız başlayır ağlamağa. Görənlər soruşurlar ki:
– Molla, o yazıq qızın günahı nə idi ki, elə vurdun?
Molla deyir:
– Vurdum ki, dəstini sındırmasın.
Deyirlər:
– Nə bilirsən ki, sındıracaq. Bir gözlə, əyər sındırsa, onda vurarsan.
Molla deyir:
– O, köhnəlmiş tərbiyədi. Sındırandan sonra vurmağın nə mənası
var ki?.. Qabaqcadan vurub gözünün odunu almaq lazımdı ki, qorxudan
sındırmasın.
Top