Molla qızını ərə verir. Gəlin aparılanda Mollanı çağırırlar ki:
– Molla, gəl, qıza xeyir-dua ver! Bir də ki, bəlkə tapşırığın-zadın
var.
Molla qızın yanına gəlib qulağına pıçıldayır:
– Qızım, yadında qalsın, təzə getdiyin evdə nə qədər tikiş tiksən
sapın ucunu düyünlə! Yoxsa sap çıxar, iynə qalar əlində.
Top