Belə də danışırlar ki, Molla evlənib cavan bir gəlin alır. Arvad evə
gələndən beş-altı gün sonra bir oğlan uşağı doğur. Molla işi belə görcək,
gedib bazardan dəftər, kitab, kağız, qələm, bir az da mürəkkəb
alır, hamısını bir çantanın içinə yığıb bağlayır uşağın qundağına. Evə
yığışmış qonşu arvadları soruşurlar:
– Ay Molla, bu nədir?
Molla deyir:
– Balam, doqquz aylıq yolu beş-altı günə gələn uşaq, bir neçə günə
də məktəbə gedəcək. Qoy indidən məktəb şeyləri hazır olsun.
Top