Molla cavan vaxtlarında bir gün evlənmək istədiyini bacısına deyir.
Bacısı axtarır, axtarır, axırda bir qız tapır. Molla bacısından soruşur:
– Yaxşı, bir de görək, tapdığın qızın neçə yaşı olar?
Bacısı deyir:
– Vallah, özündən soruşdum, dedi bilmirəm. Amma cavandır.
Molla deyir:
– Yox, onda mənə lazım deyil.
Bacısı soruşur:
– Niyə?
Molla deyir:
– Çünki qocadır.
Bacısı soruşur:
– Nədən bildin?
Molla deyir:
– Arvadlar otuz yaşını keçəndən sonra həmişə deyərlər ki: bilmirəm
neçə yaşındayam.
O ki deyir bilmirəm, demək onun da yaşı otuzdan keçib.
Top