Günlərin birində küçə ilə bir meyit aparırmışlar. Mollanın oğlu
meyiti görüb atasından soruşur:
– Ata, o nədi elə bəzəyib aparırlar?
Molla deyir:
– Bala, o dünən adam idi. Amma bu gün dönüb olub heç nə.
Uşaq gedir fikrə. Soruşur ki:
– İndi o heç nəyi hara aparırlar?
Molla deyir:
– İndi o heç nəyi aparırlar elə bir yerə ki, orada da heç nə yoxdur.
Uşaq soruşur:
– Necə yəni heç nə yoxdu?
Molla deyir:
– Heç nə yoxdu da... Nə yemək var, nə içmək var, nə paltar var, nə
geyim var, nə çörək var, nə su var, nə pul var, nə də dövlət.
Uşaq deyir:
– Bəs elə birdəfəlik de ki, bu heç nə bizə qonaq gəlir də...
Top