Bir gün Molla çöldə yer sürərkən ayağına böyük bir tikan batır,
dabanını qana boyuyur. Molla çox əziyyətdən sonra birtəhər tikanı
çıxardır. Oturub ayağını qucaqlayır, bir tərəfdən ağlayır, bir tərəfdən
də şükür eləyir. Onu bu halda görənlərdən biri soruşur:
– Ay Molla, nə olub sənə? Niyə ağlayırsan?
Molla deyir:
– Ayağıma tikan batıb.
– Bəs bu şükür nədir, eləyirsən?
Molla deyir:
– Şükür eləyirəm ki, yaxşı ki, ayaqqablarım ayağımda deyildi.
Yoxsa indi tikan onu deşmişdi.
Top