Bir arvadın - yaşlarında çox ərköyün böyümüş bir qızı var
imiş. Qız gündə cürbəcür tələblərlə yoxsul, dul anasını təngə gətirirmiş.
Axırda arvad Mollanın yanına gəlir ki:
– Ay Molla, qızım məni lap təngə gətirdi. Deyirlər sənin çox kəsərli
nəfəsin var. Buna bir nəfəs sal, bəlkə bir az sakitləşsin.
Molla deyir:
– Bacı, mən qoca kişiyəm. Nəfəsim ona kar salmaz. Əgər sakitləşməyini
istəyirsənsə, ver onu ərə. Elə ki ev dərdi, çörək dərdi, uşaq dərdi
onu çulğadı, onda elə sakitləşər ki ha... Lap quzudan da sakit olar.
Top