Mollanın tanışlarından biri kəndlərində olan bir dul arvadı almaq
üçün Mollanı elçiliyə göndərir. Molla gəlir arvadın evinə. Baxır ki, arvad
çox gözəldir. Mollanın gözü düşür arvada, istəyir özü üçün ala. Fikirləşir
ki, yox, bu yoldaşa xəyanət olar. Ona görə də başlayır:
– Filankəs səni almaq istəyir. Məni sənin yanına elçi göndərib.
Doğrusu, sən elə mənim özümün də xoşuma gəlirsən. Əvvəldən mən
səni belə bilsəydim gəlib özüm üçün alardım. Ancaq nə eləyim ki, iş
işdən keçib. İndi əyər səni özümə elçiləsəm bu, yoldaşa xəyanət olar.
Mən səni ona elçiləyirəm. Ancaq özün bax, yaxşı fikirləş, onu da görürsən,
məni də.
Top