Molla Nəsrəddinin bir çirkin qızı var imiş. Bir gün toy eləyib qızını
öz düşmənlərindən birinə ərə verir. O, bu yığılıb Mollanı danlayırlar
ki:
– Molla, niyə qızını ona verdin? O ki, sənin düşmənin idi. Adam
da düşməninə qız verərmi?
Molla gülüb deyir:
– Qızımın üzünü görmüş olsaydınız bu sözü deməzdiniz. Mən ona
yaxşılıq eləməmişəm, ondan intiqam almışam.