Bir gün Mollanın oğlu küçədən bir cib bıçağı tapır. Gətirib atasına
göstərib soruşur ki:
– Ata, bu nədir belə?
Molla bıçağı alıb qoyur öz cibinə ki:
– Bala, bu hələ təzəcə anadan olmuş mişar balasıdır. Sən yaxşı
saxlaya bilməzsən, ölər. Qoy qalsın mənim cibimdə, böyüsün, elə ki
dişləri çıxdı, oldu mişar, onda verərəm sənə.
Top