Molla bir gün oğlunu bazara göndərir ki, spiçka alıb gətirsin. Oğlu
spiçkaları alıb gətirir. Molla soruşur:
– Hanı? Aldınmı?
Oğlu deyir:
– Bəli, almışam.
Molla soruşur:
– Yaxşı, yaş deyillər ki?
Oğlu deyir:
– Xeyr. Lap yaxşı yanırlar.
Molla:
– Nədən bilirsən ki, yaxşı yanırlar?
Oğlu:
– Çünki alanda hamısını qabaqca yandırıb, baxıb, sonra almışam.
Top