Bir gün Mollanın oğlundan soruşurlar ki:
– Badımcan nədir?
Mollanın oğlu bir az fikirləşəndən sonra deyir:
– Hələ gözü açılmamış sığırçın balası.
Molla tez özünü söhbətə qatıb deyir:
– Sizin canınız üçün bunu mən ona öyrətməmişəm. Özü tapıb.
Top