Günlərin birində Teymur Ləng, Molla Nəsrəddini əsgərlərin təlim
keçdikləri meydana aparır. Molla görür ki, əsgərlər ox ilə nişana atırlar.
Teymur Molladan soruşur:
– Molla, heç ömründə ox atmısanmı?
Molla “atmamışam” deməyə utanıb:
– Mən çox yaxşı nişançı idim. İndi qocalmışam, daha atmıram –
deyir.
Teymur bu sözü Molladan eşitcək, əmr eləyir, ona bir ox verirlər.
Molla nə qədər üzr istəyirsə, mümkün olmur. Axırda çar-naçar nişan
alıb atır. Ox nişanədən bir on-on beş addım o tərəfə gedir. Molla özünü
çaşdırmayıb deyir:
– Sizin sərkərdə, bax, belə atır.
İkinci oxu götürüb atır. Yenə də nişanəni vura bilmir. Yenə də
özünü tox tutub deyir:
– Sizin müşavir də bax, belə atır.
Belə-belə, hər atdıqca oxun dəymədiyini görüb, hərdən bir adamın
belə atdığını söyləyir. Axırda oxlardan biri hədəfə dəyir. Elə ox
dəycək Molla qışqırır:
– Bax, Molla Nəsrəddin də belə atır.
Top