Bir gün Molla oğluna pul verir ki:
– Bala, anan heç nə bişirməyib. Mən də acam. Götür qabı, get
aşpazdan bir az həlim aşı al gətir, çörəyimizi isladıb yeyək!
Oğlan gedib aşpazdan bir az həlim aşı alıb gətirir. Tez süfrəni açıb
əyləşirlər. Molla böyük bir iştaha ilə qaşığı uzadır qaba. Bir də baxırlar
ki, həlimin içində çirkli, hisli bir əski parçası var. Molla diqqətlə baxıb
görür ki, aşpazın qab dəsmalıdı, düşüb həlimin içinə. Oğlunun üstünə
hirslənir ki:
– Bu nədir almısan? Adam şey alanda bir baxmaz? Həlimin
içindən qab dəsmalı çıxır.
Oğlu deyir:
– Day bəs sən nə istəyirdin ki?.. Yoxsa istəyirdin sənin üçün bir
mahud çuxa çıxsın... Həlim aşının içindən elə ancaq qab dəsmalı çıxar
da...
Top