Mollanın oğlu özündən qalan deyilmiş. Üstəlik bir xasiyyəti də var
imiş ki, Molla ona hər nə desə, qəsdən tərsinə edərmiş. Molla da bunun
bu xasiyyətini bildiyi üçün hər sözü ona tərsinə deyərmiş. Bir gün ataoğul
eşşəyə un yükləyib dəyirmandan evə gəlirlərmiş. Yolda bir çaydan
keçməli olurlar. Körpü çox ensiz olduğuna görə eşşəyin keçməyi
mümkün olmur. Molla oğluna deyir:
– Oğul, körpü çox enlidir, eşşək yıxılmaz. Sən bunu çaydan sür!
Amma dayaz yerdən sürmə ha...
Oğlu eşşəyi çayın dayaz yerindən sürür. Çayın ortasında Molla bir
də baxır ki, eşşəyin yükü əyilib az qalır ki, düşsün. Tez çığırıb deyir:
– Bala, eşşəyin yükü mənə tərəf əyilməyib, düzəltmə, itələ o tərəfə,
çaya tərəf.
Oğlan bir altdan-yuxarı körpü ilə keçən atasına baxaraq:
– Ata, mən sənin yanında çox günahkaram. İndiyə kimi dediyini
həmişə tərsinə eləmişəm. Amma bu dəfə dediyin kimi eləyəcəyəmdeyib
eşşəyin yükünü itələyib çaya salır.
Top