Deyirlər ki, Mollanın oğlunun o qədər də gözəl səsi yox imiş, amma
oxumağa yaman həvəsli imiş. Səhərdən axşamacan, çox zaman da
gecələr, gecə yarıya qədər səsini başına atıb oxuyarmış. Axırda qonşular
təngə gəlib Mollaya şikayət edirlər ki:
– Ay Molla, axı bizim baş–qulağımız getdi. Bu qədər də oxumaq
olar ki, sənin oğlun oxuyur... Belə getsə, axırda yığılıb padşaha şikayət
yazacağıq.
Molla deyir:
– Balam, sizin hərənizin bir-iki itiniz var, səhərdən axşamadək
hürüb, axşamdan səhərədək ulayırlar, mən heç bir söz demirəm. Mənim
bir oğlum var, səsini çox görürsünüz... Yəni bu köpək oğlunun səsi
sizin itlərinizin də səsindən pis oldu?..
Top