Günün birində Mollanın oğlu çayın kənarında dayanıb suya baxabaxa
çörək yeyirmiş. Birdən əlindəki çörəyin bir tikəsi düşür çaya.
Uşaq cəld əyilir ki, çörəyi tutsun, baxır ki, suda da elə özü kimi bir
uşaq var, ağzında da nə isə çeynəyir. Tez gəlib Mollanı çağırır ki:
– Ata, suyun içində bir adam var, çörəyimi əlimdən qapıb basdı
ağzına, yedi.
Molla yüyürür çayın qırağına, uşağın göstərdiyi yerdən əyilib suya
baxır. O da öz əksini suda görüb başqa adam hesab eləyir.
Söyüb deyir:
– Axmaq oğlu axmağın saqqalının uzunluğuna bax, bədnəfisliyinə
bax!
Top