Günlərin birində Mollanın arvadı haraya isə getmiş imiş, uşaq
ağlamasın deyə Molla onu məşğul eləməyə çalışır. Əlini yumub
uşağın qabağına tutur ki:
– Kişisən, de görüm, ovcumda nə var?
Uşaq bir az fikirləşib deyir:
– İnək.
Molla hirslənir ki:
– Oynamıram, baxdın.
Uşaq deyir: "Baxmamışdım, elə-belə tapdım", Molla deyir: "Yox,
baxmışdın, əgər baxmamışdın, nə bildin?" Axırda dədə-bala
savaşırlar. Deyirlər ki, bu əhvalatdan sonra Molla bir-iki il oğlu ilə
küsülü qalır.
Top