Günlərin birində Teymur Ləng böyük bir qonaqlıq verir. Molla da
bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin
söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:
– Yenə, kim bilir, yalandan nə basıb-bağlayırsan?..
Molla heç özünü sındırmadan baş əyib deyir:
– Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur.
Sizin ədalətinizdən danışıram.
Top