Molla küləkli bir gündə dəvəyə minib şəhərə gedirmiş. Arvad evdə
Mollanın balaca cib torbasını qovud ilə doldurmuş imiş ki, şəhərdə
yesin. Molla nə qədər eləyirsə nəfsini saxlaya bilməyib qovudu yeməyə
başlayır. Dəvənin üstü, külək də bərk əsir. Nə qədər ağzına qovud
atırsa, hamısını külək aparır.
Bunu görən dəvəçi Molladan soruşur:
– Molla əmi, belə iştahla nə yeyirsən?
Molla deyir:
– Külək belə əssə, heç nə.
Top