Molla bazarda bir nəfərə rast gəlir. Tez salam verir, görüşür, qucaqlayıb
öpür. Sonra bir də diqqətlə kişini gözdən keçirib soruşur:
– Qardaş, sən kimsən?
Kişi deyir:
– İndi ki, mənim kim olduğumu bilmirsən, bəs niyə belə cani-dildən
qucaqlayıb öpürdün?
Molla deyir:
– Ballah, baxdım ki, paltarın paltarıma oxşayır, saqqalın, saqqalıma,
dedim ki, bəs mənsən.
Top