Gecələrin birində arvad Molla Nəsrəddini yavaşca oyadıb
qulağına pıçıldayır ki:
– Kişi, evdə oğru var. Dur qoyma, var-yoxumuzu aparacaq.
Molla baxır ki, doğrudan da evdə oğru var, sandıq olan tərəfdə
əlləşir. Yavaşca arvadının qulağına pıçıldayır.
– Səs eləmə, qaçar. Qoy yaxşı-yaxşı axtarsın. Heç bir şey tapa bilməyib,
axırda gələcək paltarımızı oğurlamağa. Onda tutarıq.
Top