Gecələrin birində yenə də Mollanın evinə oğru gəlir. Molla tez
girir şkafa. Oğru hər yeri axtarır, əlinə bir şey keçmir.Axırda şkafı açır
ki, bəlkə oradan bir şey tapsın. Baxır ki, Molla şkafın içindədir. Oğru
özünü itirib qışqırır:
– Burada nə qayırırsan, kişi?
Molla deyir:
– Hirslənmə! Gördüm evdən heç bir şey tapa bilmirsən, xəcalətimdən
girdim bura.
Top