Deyirlər ki, gecələrin birində yenə də Mollanın evinə oğru gəlir.
Nə qədər axtarırsa, əlinə heç bir şey keçmir.Molla da oyaq imiş, oğruya
fikir verirmiş. Çox gözləyir baxır ki, oğru əl çəkmək istəmir, fikri
odur ki, elə hökmən bir şey çırpışdırsın.Təngə gəlib deyir:
– Ay qardaş, sən allah, qoy yataq! Vallah-billah o şeyi ki, sən gecə
qaranlıqda axtarırsan, mən günün günorta çağı axtarıram, tapmıram.
Top