Günlərin birində Molla Nəsrəddin yaxşı tanıdığı bir nəfərlə yola çıxır.
Günortaüstü bunlar çörək yemək üçün bir bulağın başında düşürlər.
Hərə öz dəstərxanını açır. Yoldaşı tutur Mollanın yaxasından ki:
– Gəl, nəyimiz varsa qarışdıraq.
Molla bir altdan-altdan ona baxıb deyir:
– Əgər sənin bir fırıldağın yoxdursa, elə öz çörəyini özün ye də!..
Top