Bir gün bir nəfər Mollanın yanına gəlib soruşur:
– Molla əmi, sən bir ağıllı adamsan, bilərsən, adam qüsl eləyəndə
üzünü hansı tərəfə tutsa yaxşıdı?
Molla cavab verir:
– Bala, hər dövrün özünə görə qanunu var. Bizim dövrümüzdə qüsl
eləyən gərək üzünü paltarını qoyduğu tərəfə tuta. Yoxsa oğurlarlar,
çılpaq qalar.
Top