Günlərin birində Molla Nəsrəddin yelkənli gəmiyə minib səyahətə
çıxır. Yolda şiddətli bir külək əsib gəmini oynatmağa başlayır. Gəmidəkilər
yelkəni bağlamaq üçün dirəyə dırmaşırlar. Molla bunu görüb
deyir:
– A kişilər, bu gəmi dibindən oynayır, əyər oynamamağını istəyirsinizsə,
dibindən bağlayın, daha təpəsinə niyə dırmaşırsınız?
Top